bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İrəvan Azərbaycan və Ermənistan liderlərinin görüşünün Fransanın iştirakı olmadan keçirilməsinə razılaşıb

11-05-2023, 10:33 4 dəfə baxılıb


Əgər tərəflər Vaşinqtonda irəliləyiş əldə etməsəydilər, bazar günü (14 may) Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin görüşü planlaşdırılmazdı.

Ermənistan KİV-in xəbərinə görə, bu barədə Avropa İttifaqının yüksək rütbəli məmurlarından biri məlumat verib.

İrəvan birinci görüşün (mayın 14-də - red.) Fransa Prezidenti Emmanuel Makron olmadan keçirilməsinə razılaşıb. Lakin təxminən iki həftədən sonra Fransa prezidenti və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə müzakirələrin davam etdirilməsinə razılıq verib.

Tərəflər Brüsseldə üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930