bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyə prezidentliyinə namizədlərin ikinci turda yol xəritəsi bəlli olub

17-05-2023, 14:19 0 dəfə baxılıb


Türkiyə prezidentliyinə namizədlər - ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan və CHP lideri Kemal Kılıçdaroğlunun mayın 28-də keçiriləcək prezident seçkisi öncəsi seçki strategiyaları bəlli olub.

R.T.Ərdoğan ikinci tura hazırlıq zamanı diqqəti televiziya proqramlarına və bölgələrə səfərlərə yönəldəcək, Kemal Kılıçdaroğlu isə terrorizmə qarşı qətiyyətlə mübarizə aparmaq istəyini vurğulamaqla meydana çıxmaq niyyətindədir.

Ərdoğanın seçkilərin ikinci turunda 10 günlük seçki kampaniyasında televiziya proqramlarına diqqət yetirməsilə yanaşı, fevral ayında dağıdıcı zəlzələlərin olduğu bölgələrə səfəri də planlaşdırılır. O, daha çox səs yığdığı bölgələrə təkrar səfər edərək mitinqlər keçirəcək. O da məlum olub ki, Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının bütün təşkilatlarına bu prosesdə yerində olmağı tapşırıb və əməkdaşlarına arxayınlaşmamaqla bağlı xəbərdarlıq edib.

Kemal Kılıçdaroğlu da zəlzələ bölgələrini ziyarət etməyi planlaşdırır.

İstanbul və Ankaranın hazırkı bələdiyyə sədrləri Ekrem İmamoğlu və Mansur Yavaş kampaniyada fəal iştirak edəcəklər.

Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezident seçkiləri keçirilib. Bazar ertəsi Türkiyənin Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisinin ikinci turunun mayın 28-də keçiriləcəyini rəsmən elan edib. MSK-nın məlumatına görə, Ərdoğan 49,51%, rəqibi Kılıçdaroğlu isə 44,88% səs toplayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930