bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İsmayıllıda at və uzunquluqlar kəsilərək mal əti adı altında satılır? - VİDEO

28-05-2023, 11:00 1 dəfə baxılıb


İsmayıllı rayonunun Xanagah kəndindəki meşəlik ərazidə at və uzunqulaq leşləri aşkar edilib.

“Xezerxeber.az”ın məlumatına görə, sözügedən ərazidə antisanitar vəziyyət hökm sürür.

Leş və sümüklər 4-5 metr dərinliyi olan xəndəyə atılıb. İddia edilir ki, həmin heyvanlar kəsilərək mal əti adı altında satılır.

İddialara görə, heyvanların leşi əraziyə yük maşınları tərəfindən boşaldılır.

Məsələ ilə bağlı Şamaxı Regional Meşə Təsərrüfat Mərkəzindən verilən məlumata görə, əraziyə baxış keçirilib. Hadisəni törədən şəxslərin aşkar olunması üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilib.

Bildirilib ki, həmin şəxslər müəyyən edildikdən sonra sərt tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031