bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İlham Əliyev Qarabağ ermənilərindən separatçı strukturları ləğv etməyi tələb edib

29-05-2023, 13:04 4 dəfə baxılıb





Prezident İlham Əliyev Qarabağ ermənilərindən separatçı strukturları ləğv etməyi və Azərbaycan qanunlarına tabe olmağı tələb edib. Bu tələb yerinə yetirilərsə, qeyri-qanuni qurumların vəzifəli şəxsləri amnistiyaya ümid edə bilərlər. Bu mesajlarla Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu şəhərin öz yurd-yuvalarına qayıdan ilk sakinləri qarşısında çıxış edərkən çıxış edib.

Qarabağ bölgəsində yaşayan ermənilər aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasından nəticələr çıxarmalıdırlar.

«Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq”, – deyə dövlət başçısı qeyd edib.

O ermənilərin «müstəqillik» xülyasının bitdiyini deyib

“Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”.

Əliyev onlar üçün qalan yeganə yolu da açıqlayıb. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır.

Azərbaycan Prezidenti Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini də açıqlayıb.

O qeyd edib: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Əliyev əminliyini ifadə edib ki, «yaxın gələcəkdə, – əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, – sülh müqaviləsi imzalana bilər». “İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

“Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir”.

Əliyev həmçinin Naxçıvana yolun açılmasını və Ermənistan ordusunun bölmələrinin Qarabağdan çıxarılmasını sülh yolu ilə nizamlanmanın şərtləri kimi göstərib:

“Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930