Zirə Məhsul - Zirənin Ağız Dadınıza Uyğun Təbii Məhsulları
“Zirə Məhsul” MMC fəaliyyətinə 1991-ci ildə Abşeron yarımadasının Zirə qəsəbəsində, Qafqazda yeganə şampinyon göbələyi istehsalı ilə məşğul olan “Zirə Göbələk Təsərrüfatı” kimi başlamışdır.
Daha sonra isə fəaliyyət sahəsini genişləndirərək Azərbaycanın unikal sərvəti olan zeytunu becərməklə müştərilərin məmnuniyyətini qazanmışdır. Müəssisə hazırda şampinyon göbələyi və zeytun məhsullarının istehsalı ilə məşğuldur.
Bu məhsullara marinadlaşdırılmış göbələk turşusu, təbii zeytun yağı, zeytun mürəbbəsi və konsrevləşdirilmiş zeytun daxildir. “Zirə Məhsul” MMC-nin istehsal etdiyi göbələklər təravəti və dadı, zeytun məhsulları isə faydası və keyfiyyəti ilə tanınır və sevilir. Bütün məhsullar tam təbii, qatqısız və ağız dadınıza uyğundur.
Gələcək illərdə fəaliyyət sahəsini daha da genişləndirməyi özünə məqsəd qoyan “Zirə Məhsul” MMC ölkəmizin ən iri supermarket şəbəkələri ilə əməkdaşlıq edir. Əsas satış nöqtələri Azərbaycan supermarket (Bravo), Bazarstore, Araz supermarket, Bizim Market, Grandmart, A-Agro MMC, ASG Business Aviation,Promart və Rahat Marketdir.
Zirə məhsullarında olan təbii mikroelemetlər bədəni bir sıra xəstəliklərə səbəb ola biləcək hüceyrə zərərlərindən qorumağa kömək edir.
Fəaliyyətə az sayda işçi ilə başlayan “Zirə Məhsul” MMC-nin hazırda işinə sevgi və məsuliyyətlə yanaşan 300-ə yaxın əməkdaşı var. Əməkdaşların üzərinə götürdüyü əsas öhdəlik sizi yüksək keyfiyyətli məhsullarla təmin etməkdir.
Bu sahədə əldə olunan uğurlar təbbi ki, "Zirə Məhsul" MMC-nin direktoru, Sahibkar Rzayev Firuz Xanbala oğlunun üzərinə düşür.
Keyfiyyətli qida məhsullarının istehsalının uğurlu fəaliyyətinə görə Firuz müəllim redaksiyamız adından "Zirvə" fəxri diplomu ilə təltif olunmuşdur. Bizdə redaksiyamız adından Firuz müəllimi təbrik edir, ona gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.