Zirə bələdiyyəsi Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə maliyyə yardımı köçürüb
Türk xalqı və Türkiyə Respublikası tarix boyu ən çətin günlərdə Azərbaycan xalqının və Azərbaycan Respublikasının yanında olmuş və köməklik göstərmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Qardaş Türkiyə Respublikası Vətən müharibəsi zamanı da Azərbaycanın yanında olmuşdur.
Xəzər rayonu Zirə bələdiyyəsi Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə maliyyə yardımı edib. Vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb. Bələdiyyə iclasının qərarıyla bu məbləğin həcmi beş yüz manat müəyyən edilib.
Bələdiyyənin kollektivi belə çətin anda qardaş Türkiyəyənin yanında olduqlarını bildirir, baş vermiş faciə nəticəsində Türkiyə xalqına başsağlığı verir, zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyir.
Xəzər rayonu Zirə bələdiyyəsi