bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Post bağlandı: Xankəndiyə ərzaq Bakıdan göndərilə, ermənilər Gəncəyə gələ bilər

16-06-2023, 11:00 0 dəfə baxılıb




Ermənistanın təxribat hücumundan sonra Azərbaycan Laçın postunu bağlayıb: İrəvan təxribata görə məsuliyyəti üzərinə götürməyənə, baş verənlərlə bağlı tədqiqat aparılmayana qədər post istifadəyə açılmayacaq;

Beləliklə, Qarabağdan erməni əhalisinin Ermənistana gedişi və geri qayıtması, o cümlədən, yüklərin daşınması təxirə salınır. Bakının şərti məlumdur, hərçənd, İrəvanın bunu edəcəyi, yaxud qısa zamanda edəcəyi inandırıcı görünmür, xüsusilə Ermənistan rəhbərliyi postun bağlanmasını beynəlxalq müstəviyə çıxarmağa, Azərbaycana təzyiq etməyə çalışa bilər.

Postun bağlanması Qarabağdakı vəziyyəti də dəyişir, xüsusilə erməni əhalisinin təminatı məsələsi aktuallaşır. Mümkündür ki, Azərbaycan mövcud vəziyyətdə iki istiqamətdə hərəkət edəcək:

Birincisi, erməni əhalisinin bütün ehtiyaclarını özü təmin edəcək: bundan öncə də rəsmi Bakı ermənilərin ehtiyacını təmin etməyə hazır olduğunu bəyan etmişdi, yeni vəziyyətdə isə bu artıq zərurətə çevrilə bilər; ərzaq və digər lazımi ləvazimatlar Ermənistandan yox, Bakıdan göndərilə bilər ki, əslində belə də olmalıdır, o cümlədən, sağlamlıq problemləri olan ermənilər müalicə üçün İrəvana yox, Bakıya, yaxud regionlarda müasir səhiyyə ocaqlarına, misal üçün, Gəncəyə gətirilə bilər;

İkincisi, erməni əhalisinin təminatını üzərinə götürən rəsmi Bakı indiyə qədər “humanitar yük” adı altında Qarabağa de-fakto kənar müdaxilələrin qarşısını alacaq;

Bu baş verərsə, erməni əhalisinin reinteqrasiyası və Xankəndidə mərkəzi hakimiyyətin bərpası istiqamətində böyük irəliləyiş əldə edə bilərik






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930