bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

NATO Ukraynaya uzunmüddətli yardım paketi ayıracaq

18-06-2023, 11:00 0 dəfə baxılıb


NATO Vilnüsdə keçiriləcək yay sammitində Ukraynaya uzunmüddətli yardım paketini qəbul edəcək. Paket Ukraynanı Şimali Atlantika Alyansının standartlarına uyğunlaşdırmaq üçün nəzərdə tutulub.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO bir neçə il ərzində Ukraynanı NATO standartlarına çatdırmaq üçün nəzərdə tutulmuş yardım paketini qəbul edəcək. Stoltenberqin fikrincə, bu, Ukraynanı Alyansa yaxınlaşdıracaq.

“Ukraynanın gələcəyi NATO-dadır, lakin indi Ukrayna üçün prioritet özünü suveren və müstəqil dövlət kimi təsdiqləməkdir - əks halda üzvlüklə bağlı müzakirələrin mənası yoxdur”, - o deyib.

Stoltenberq əlavə edib ki, müharibə başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyi ilə bağlı razılaşmalar olmalıdır ki, Rusiya sonda yenidən silahlanıb hücuma keçə bilməsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30