bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında ikinci yeri tutub

19-06-2023, 08:22 0 dəfə baxılıb




Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında komanda xal sistemi üzrə sıralamada 155 xalla ikinci yeri tutub.

Oxu.Az xəbər verir ki, millinin 10 üzvündən 7-si Albaniyanın paytaxtı Tiranada keçirilmiş və bu gün başa çatmış qitə birinciliyində fəxri kürsüyə qalxıb.

4 qızıl və 3 bürünc medal əldə edən yığma komanda medalların əyarına görə, bütün ölkələri qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, millinin ən yaxın izləyicisi olan Gürcüstan 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.


Xatırladaq ki, Azərbaycan yığmasının heyətində Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olub. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031