Rusiya Belarusdan nüvə silahını çıxarmağın şərtini açıqlayıb
“Rusiyanın nüvə silahları Belarusda qeyri-müəyyən müddətə yerləşdirilib, lakin ABŞ və NATO Moskva və Minskin suverenliyi ilə bağlı mövqelərini dəyişsələr, bu müddət qısaldıla bilər”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ikinci departamentinin direktoru Aleksey Polişşuk deyib.
“Əlbəttə, bizim belə bir addım atmağımız üçün Amerikanın bütün nüvə silahları tam şəkildə ABŞ ərazisinə çıxarılmalı, Avropadakı müvafiq infrastruktur ləğv edilməlidir”, - deyə o qeyd edib.
Polişşuk həmçinin bildirib ki, Qərbin Ukraynaya yardımı və Rusiyanın təhlükəsizlik zəmanətləri məsələsində şərtlərini qəbul etmək istəməməsi Belarusda nüvə silahının yerləşdirilməsi qərarını tətikləyən amillərdən olub.