bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xankəndidə “fəlakət ssenarisi” başladı – Bakı müdaxilə edə bilər

20-06-2023, 09:17 0 dəfə baxılıb







Ermənistanın təxribat hücumu nəticəsində Laçın postunun bağlanmasından sonra Qarabağdakı separatçı rejim yenidən "fəlakət ssenari”sinin tətbiqinə başlayıb.

Separatçılar "qənaət rejiminə” keçdiklərini elan ediblər.

Separatçıların qondarma "dövlət naziri” Qurgen Nersisyan mağazalarda yeni rejimin tətbiq edildiyini bildirib. Belə ki, bir alıcı bir maldan çox sayda ala bilməyəcək.

"Bunu təşvişə səbəb olmaq üçün demirəm. Lakin balanslı yanaşmaq, istehlakda ehtiyatlı davranmalıyıq. Bundan sonra fərdi avtomobillərin yanacaqla təmin edilməsi prosesi dayandırılır, xidməti avtomobillərin yanacaqdan istifadəsi də ya dayandırılacaq, ya da minimuma endiriləcək”, – o deyib.

Bununla yanaşı, separatçılar "Azərbaycan yeni hərbi əməliyyata hazırlaşır” iddialarını da irəli sürürlər.

Hər iki iddia "fəlakət ssenarisi”nin yenidən tətbiqinə başlanmasından xəbər verir. Separatçıların bu ssenaridə iki hədəfi var:

– birincisi, Qarabağdakı erməni əhalisini qorxutmaq, Azərbaycana reinteqrasiyanın qarşısını almaq və onları nəzarətdə saxlamaqdır;

– ikincisi, beynəlxalq ictimaiyyətə Qarabağda "humanitar böhran” olduğunu göstərmək, bununla Laçın postunun ləğv edilməsi üçün Bakıya təzyiqə nail olmaqdır;

Artıq bu, məlum və klassik ssenaridir. Hələ Şuşa-Xankəndi yolunda aksiya başlayanda separatçılar eyni ssenarini tətbiq etməyə başladılar. Onlar ərzağı gizlədir, erməni əhalisinə talon tətbiq edir və bununla "humanitar fəlakət” səhnəcikləri düzəldirdilər. Lakin bu ssenarilər nəticə vermədi, çünki beynəlxalq ictimaiyyət də artıq "erməni yalanını” qəbul etmir, digər tərəfdən, Bakının mövqeyi qəbul olunur.

Rəsmi Bakı erməni əhalisinin bütün təhlükəsizliyini təmin edə biləcəyini elan edib, separatçılar da ya təslim olub amnistiya imkanından yararlana bilər, ya da zərərsizləşdiriləcək. Separatçıların hazırda tətbiq etdiyi "fəlakət ssenarisi”nin də beynəlxalq müstəvidə nəticə verməyəcəyi bəllidir. Bu vəziyyətdə Bakı erməni əhalisinə qarşı "fəlakət ssenarisi”nin qarşısını almaq üçün proseslərə müdaxilə edə bilər. (Publika.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930