bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda unun qiyməti kəskin ucuzlaşdı – Son qiymətlər

27-06-2023, 09:00 1 dəfə baxılıb







İyun ayının 1-dən sonra Azərbaycanda unun qiyməti 14%-ə yaxın ucuzlaşıb.
Yeniavaz.com xəbər verir ki, ayın 23-də açıqlanan sonuncu məlumata görə Azərbaycanda topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 27,2-29 manat arasında dəyişib.
50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 27,2 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 29,2 manata “Neon” Firması satıb.
Qeyd edək ki, bu ayın əvvəlində “Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 31,5 manata, “Neon” Firması isə 32,9 manata satıb.
Məlumat üçün qeyd edək ki, son 6 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 26%-dən və ya 10 manatdan çox ucuzlaşıb. Belə ki, ötən ilin dekabr ayının sonlarında Azərbaycanda 50 kiloqramlıq unun kisəsi 38-39 manata satılıb.
Lakin, onu da qeyd edək ki, son bir ay ərzində unun qiymətində 14% ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik müşahidə olunmur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30