Azərbaycan Ermənistanda zavodu atəşə tutub? – MN-dən açıqlama
Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan tərəfinin yaydığı məlumatı qəti şəkildə təkzib edib.
Turantv.az verir ki, bu barədə nazirlikdən bildirilib.
“İyunun 27-si saat 13:15 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən istiqamətində zavodun atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.