bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

VƏTƏN BİZİM VARLIĞIMIZDIR

4-07-2023, 17:57 45 dəfə baxılıb


Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm,
Azərbaycan deyəndə!

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəis müavini, Səfərbərlik və Hazırlıq Bölməsinin mayoru Yasin Məcidov. Mecidov Yasin Alim oğlu 1987-ci ildə Biləsuvar rayonunun Ağaəlikənd kəndində anadan olub. Hələ uşaqlıqdan hərbçi olmaq, vətənimizi düşmənlərdən qorumaq arzusu ilə yaşayıb. Nəhayət ki, öz arzusuna nail olub. Bu gün sevib-seçdiyi hərb peşəsinin dərinliklərinə bələd olmaqdadır. Bir müddət Yevlax və Xaçmaz rayonlarında çalışmışdır. İşlədiyim müddət ərzində daim insanların dərin hörmətini qazanıb. Dəfələrlə yaxşı əməyinə görə rəhbərlik tərəfindən bir sıra mükafatlara layiq görülüb. Söhbət əsnasında Yasin müellim onu da qeyd etdi ki, işlərimizin günün tələbləri səviyyəsində qurulmasında idarənin rəhbəri Sadiq Əliyevin əməyi danılmazdır. Onun səriştəli rəhbərliyi sayəsində uğur üstə uğur qalanmaqdadır. Bundan sonra da vətənimizin təhlükəsizliyi naminə əlimizdən gələnləri etməyə bir hərbiçi kimi daim hazırıq.
Sadiq müəllim həm də qayğıkeş bir atadır. Hamımızın bir amalı var ki, ölkəmizdə əmin-amanlıq olsun, xalqımız firavan həyat yaşasın. Xalqımıza sülh, əmin-amanlıq arzulayırıq.
Biz öz növbəmizdə qarşıdan gələn 26 iyun Silahlı Qüvvələr günü münasibətilə təbrik edirik.


Ceyhun Vaqifoğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031