Gəncədə piyadanı avtomobil vuraraq öldürüb
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, Samux rayon sakini E.İlyasov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil ilə Gəncə şəhəri Atatürk prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Gəncə şəhər sakini Rahilə Hüseynovanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R.Hüseynova Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşı olub.