Müharibə Veteranı Qadınlarının Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə 8 iyul tarixində Şuşa şəhərinə səfər etdilər
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.
8 May. Bu tarix 28 illik Şuşa həsrətinin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 1992-ci ilin məhz bu günü işğal edilmişdi. Düz 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı. Lakin Azərbaycan insanının ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri Azərbaycan xalqının bütün acılarını dindirdi. Artıq mayın 8-i də öz bədbinliyini itirib. Azərbaycan Xalqı daha Şuşanın işğal gününü xüsusi həssaslıqla da qeyd eməyəcək.
İyulun 8 də də Müharibə Veteranı Qadınlarının Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup şəhid anaları, qazilər, ziyalılardan ibarət 100 nəfərlik heyət Şuşa şəhərinə ziyarətə getmişdi. Şuşa şəhərinə başlanan ziyarət Yuxarı Gövhər Ağa məscidin ziyarəti ilə başlandı.
Molla Pənah Vaqifin yenidən qurulan qəbirüstü abidəsini ziyarət etdikdən sonra Şəhidlər Xiyabanı, Cıdır Düzü, Xurşudbanu Natavanın heykəli, Şuşa Qala qapısı və s abidələri ziyarət edildi.
Cıdır Düzündə şəhid anaları və ziyalılar bir yerdə çıxışlar edərək şəhidlərin əziz və müqəddəs xatirəsini yad etdilər.
Tədbirdə tarixçi etnoqraf Ramazan Hüseynli, Ağcabədi rayonundan şəhid anaları Zülfiyyə ana, Gülöyşə ana,, Gəncədən Nailə ana çıxışında övladlarının xatirəsini yad etdiyinə görə İctimai Birliyin rəhbəri Müharibə veteranı Radə Abbasa dərin təşəkkür etdilər. Daha sonra "Tərəqqi" medallı, yazıcı jurnalist Səriyyə Müslümqızı öz çıxışında şəhidlik zirvəsindən, onun müqəddəsliyindən danışdı.
Sonda xatirə şəkilləri çəkildi.