“Putin Ukraynadakı müharibənin NATO-nu parçalayacağını düşünürdü, amma yanıldı” – Bayden
“Rusiya Prezidenti Vladimir Putin Rusiya qoşunlarının Ukraynaya müdaxiləsindən sonra NATO-nun dağılacağını gözləyirdi”.
Yeniavaz.com CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitindən sonra çıxışı zamanı deyib.
“Putin düşünürdü ki, birliyimiz ilk sınaqda dağılacaq, demokratik liderlər zəif çıxacaq. Ancaq o, səhv bilirmiş”, – ABŞ Prezidenti bildirib.
Bayden qeyd edib ki, müttəfiq ölkələr Ukraynanı dəstəkləməkdə davam edir.