Türkiyə Moskva ilə Kiyev arasında sülhün tərəfdarıdır - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasındakı münaqişənin həllində vasitəçi olmağa hazır olduğunu bildirib, lakin belə bir təklif almadığını qeyd edib.
“Tərəflər razılaşsa və ya bizim vasitəçi kimi çıxış etməyimizi istəsələr, biz buna şad olarıq. İstanbul taxıl dəhlizinin mərkəzinə çevrildiyi kimi, biz də bu cür addımlarda vasitəçilik etməyə hər zaman hazırıq. Türkiyə həm Rusiya, həm də Ukrayna ilə görüşə bilən dövlətlərdən biridir. Amma hələlik belə bir təklif almamışıq”, - deyə Ərdoğan Vilnüsdə NATO sammitindən sonra keçirilən yekun mətbuat konfransında bəyan edib.
O, əlavə edib ki, Türkiyə Moskva ilə Kiyev arasında sülhün tərəfdarıdır və hesab edir ki, bu halda uduzan olmayacaq.