bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İdmançı ərini qətlə yetirməkdə təqsirləndirilən qadın stasionar şəkildə müalicə ediləcək

13-07-2023, 12:45 0 dəfə baxılıb


“Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizaları üzrə yekun nəticə elan edilib.

Bildirilib ki, Ə.Qalabəylinin törətdiyi cinayət əməli ilə əlaqədar olaraq, onun psixiatrik və psixoloji müayinəsinin stasionar şəraitdə davam etdirilməsi, stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir.

Məhkəmə təqsirləndirilən şəxsin stasionar şəkildə müalicə edilməsi ilə bağlı qərar qəbul edib.
Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Ə.Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü N.Qalabəylini yaşadığı mənzildə bıçaqla qətlə yetirməkdə şübhəli bilinir.

Ə.Qalabəyliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Xatırladaq ki, N.Qalabəyli “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi işləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930