Naxçıvandan olan şəhid ailələrinin Şuşaya səfəri təşkil olunacaq
Naxçıvandan olan şəhid ailələrinin Şuşaya səfəri təşkil olunacaq.
“Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov bildirib.
C.Cəlilov deyib ki, ilkin mərhələdə 25 nəfər şəhid ailəsi üzvünün Şuşa şəhərinə səfəri təşkil ediləcək. İlk səfərdə Şuşa uğrunda döyüşən şəhidlərin ailələri və qazilər iştirak edəcəklər. Səfərlər mərhələli şəkildə işğaldan azad edilən digər ərazilərimizə də reallaşdırılacaq.