bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan Azərbaycana ekstradisiya ediliblər

18-07-2023, 12:53 1 dəfə baxılıb


Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan Azərbaycana ekstradisiya ediliblər.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Mahmud Elman oğlu İsmayılov, Ceyhun İbrahim oğlu Nəsirov-Zibai və Azad Vaqif oğlu Babaşovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

Belə ki, Mahmud İsmayılov və Azad Babaşovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Ceyhun Nəsirov-Zibainin isə xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasından ölkəmizə gətiriliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031