Moskvaya dronlarla hücum olub
İyulun 24-də səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları ilə hücum olub.
“Bu gün səhər saat 4 radələrində iki qeyri-yaşayış binasına pilotsuz uçan aparatlarının zərbələri qeydə alınıb. Ciddi dağıntı və tələfat yoxdur”, - deyə Moskva meri Sergey Sobyani “Telegram” kanalında bildirib.
Rusiya KİV-də yayılan məlumata görə, birinci dron hücumu zamanı Komsomol prospektində yerləşən bina zərər görüb. Məlumat üçün əlavə edək ki, zərər çəkən bina Rusiya Müdafiə Nazirliyinin inzibati binasının yaxınlığındadır.
Digər PUA isə Lixaçev prospektində yerləşən binaya çırpılıb. Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.
İlkin məlumata görə, hər iki hücum nəticəsində insan itkisi qeydə alınmayıb.