Zaqatalada itkin düşən turistlər xəstəxanadan evə buraxılıblar
Zaqatalada yolunu azaraq dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə tapılan şəxslər xəstəxanadan evə buraxılıblar.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan Bakı şəhər sakinləri - Əli Əlizadə və Əbdül Rzayev - ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan Əli Əlizadə və Əbdül Rzayev 24.07.2023-cü il tarixində saat 23:14-də tibb müəssisəsinə yerləşdiriliblər. Onlara Təcili Tibbi Yardım Şöbəsində zəruri tibbi xidmətlər göstərilib.