Bu gün Tehranda Qarabağla bağlı nə planlaşdırılır?
Bu gün Tehranda Qarabağdakı separatçılara dəstək addımı atılacaq.
Publika.az xəbər verir ki, Tehrandakı erməni kilsələrində separatçılarla həmrəylik nümayişi məqsədilə kilsə zəngləri çalınacaq.
Bu aksiya 25-26 iyul olmaqla iki gün davam edəcək. İranda nəşr olunan “Alik” qəzeti bunu (qondarma) “artsax”da mühasirədə qalan ermənilərə həmrəylik nümayişi” kimi təqdim edib.
İranşünas Tiqran Davudyan da bunu dost İranın onlara dəstəyi olaraq qiymətləndirib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən Tehranda səfərdə olub. O, Tehranda olarkən erməni kilsəsinin zəngləri Qarabağdakı ermənilərə dəstək məqsədilə çalınıb. Eyni addım iki gün davam edəcək.