bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Britaniya XİN: Səfir yaxın günlərdə Tehrana qayıdaraq vəzifəsinə davam edəcək

15-01-2020, 22:51 94 dəfə baxılıb

Britaniya XİN: Səfir yaxın günlərdə Tehrana qayıdaraq vəzifəsinə davam edəcək
Böyük Britaniyanın İrandakı səfiri Robert Makeir yaxın günlərdə Tehrana qayıdaraq vəzifəsinə davam edəcək.
Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:

“Səfir Robert Makeir bu gün Birləşmiş Krallığa qayıdır. Çoxdandır nəzərdə tutulan bu səfər zamanı Böyük Britaniyada bir sıra görüşlər keçiriləcək, amma sıradankənar nəsə baş vermir. Yaxın günlərdə İrana dönəcək”.

Bundan əvvəl BBC də XİN-ə istinadən xəbər vermişdi ki, səfir R.Makeirin Londona gəlməsi ötən həftə Tehranda saxlanılması ilə əlaqəli deyil. Hərçənd ötən gün İran Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmayıli britaniyalı diplomatı arzuolunmaz şəxs kimi səciyyələndirsə də, XİN tərəfindən rəsmi olaraq bununla bağlı açıqlama verilməyib.

Xatırladaq ki, yanvarın 11-də Böyük Britaniyanın İrandakı səfiri Robert Makeir Tehrandakı Əmir Kəbir Texnologiya Universiteti yaxınlığında etiraz aksiyasında iştirak edərək izdihama rəhbərlik etmək cəhdi göstərməsi səbəbi ilə saxlanılmış, bir neçə saat sonra isə azad edilmiş, ertəsi gün isə XİN-ə çağırılmışdı. (Report.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930