bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistanın “humanitar yardım” şousu nəticə verə bilərmi?

27-07-2023, 08:58 2 dəfə baxılıb







Gözlənldiyi kimi, Ermənistan Laçın sərhəd-keçid məntəqəsinin qarşısına yığdığı yük maşınlarını “nəticə” əldə edənə qədər orada saxlayacaq. Karvanın başında sərhədə gələn Ermənistan hökumətinin nümayəndəsi Vardan Sarkisyan deyib ki, sülhməramlılara yükün keçirilməsi üçün müraciət edilib, cavab alana qədər burada qalacaqlar. “Hadisə yerinə” Avropa İttifaqının müşahidə missiyasının nümayəndələrini də gətiriblər.

İrəvanın “humanitar yardım” şousu nəticə verə bilərmi?

Bu sualın cavabı ermənilər üçün ürəkaçan deyil. Çünki:

- Nəticə yalnız Azərbaycanın Laçın postunu bağlayaraq, heç bir alternativ imkan yaratmadığı halda olardı: rəsmi Bakı alternativ yol – Ağdam-Xankəndi marşrutunu təklif edir və məsələ həqiqətən dedikləri kimi ərzaq problemidirsə, bunun həll yolu var;
- Qarabağ Azərbaycan ərazisidir və bu, müharibəyə qədər beynəlxalq müstəvidə kağız üzərində əksini tapırdısa, müharibədən sonra bütün güc mərkəzləri reallığı qəbul ediblər, yaxud buna məcbur olublar;

Bu iki amil Ermənistanın “humanitar yardım” şousunun nəticə verəcəyi ehtimalını sıfırlayır. İrəvan ermənilərin “humanitar fəlakət”indən bəhs edəndə Ağdamdan istifadə etmək alternativi ilə üzləşir, ermənilərin bunu istəmədiyini deyəndə “Qarabağ Azərbaycan ərazisidir” cavabını alır.

Baş verənlərin təfsilatını Hikmət Hacıyev bir kəlmə ilə verib: Oyun bitdi!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930