Ərdoğan türkiyəli nazirlərlə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək
Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
İclasın gündəliyində Cənubi Qafqazda baş verən proseslər, o cümlədən Azərbaycanla Ermənistan arasında normallaşma məsələsi də yer alıb.
Toplantıda həmçinin, daxili və xarici siyasətdəki məsələlər dəyərləndiriləcək, iqtisadiyyat və bəzi Qərb ölkələrində terror təşkilatı üzvlərinin əməlləri də prioritet mövzular arasında olacaq.
Bundan başqa, xarici siyasətin aparıcı mövzularından biri Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri olacaq, bu səfərə hazırlıq nəzərdən keçiriləcək.
Eyni zamanda, Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq səyləri, eləcə də İsveç başda olmaqla, bəzi Qərb ölkələrində Qurana qarşı ardıcıl hücumlar müzakirə ediləcək.