Ərdoğanın sözçüsü ABŞ dövlət katibinin müavini ilə Qarabağı müzakirə etdi
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ dövlət katibinin müavini Vendi Şermanla görüşü zamanı Qarabağ məsələsini müzakirə edib.
Bu barədə “TRT Haber”in yaydığı xəbərdən məlum olur.
Bildirilir ki, Ankarada Dolmabahçe Ofisində baş tutan görüş zamanı NATO-nun zirvə toplantısının gündəliyi, həmçinin sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Co Bayden arasında planlaşdırılan görüş və müzakirə olunacaq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bundan başqa Qarabağ məsələsi də daxil olmaqla regional məsələlər, o cümlədə Əfqanıstan, Suriya, Liviya və Ukraynadakı vəziyyət müzakirə edilib, sülh və sabitliyin təmin olunması üçün birlikdə fəaliyyətin davam etdirilməsinin vacibliyi barədə razılığa gəlinib.
Görüş zamanı terrorla mübarizə və Türkiyə-ABŞ arasında məsələlərdən də danışılıb.