Pentaqonun keçmiş müşaviri: “Qərb Ukraynaya müdaxilə üçün koalisiya yaradır”
Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor hesab edir ki, Qərb Ukraynaya müdaxilə üçün koalisiya yaradır.
Ekspert bu barədə özünün “YouTube” kanalında yaydığı müsahibəsində bildirib.
O, bu əməliyyatı Qərb üçün təhlükəli hesab edib.
Makqreqorun fikrincə, ABŞ əvvəlki qədər güclü deyil.
“Biz artıq 1991-ci il modelində dövlət deyilik. Ordumuz heç də yaxşı vəziyyətdə deyil”, - o, bildirib.
Makqreqor iddia edir ki, Polşa və Litva Ukraynaya müdaxilə edə biləcək hərbi ittifaqda əsas rol oynayacaq. Əməliyyat uğursuz olarsa, ABŞ onlara kömək edəcək.