bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Əhalinin NƏZƏRİNƏ - Gələn il pensiyalar bu qədər artacaq

16-08-2023, 12:31 4 dəfə baxılıb






Hazırki tendensiya gələn il bütün növ əmək pensiyalarında ikirəqəmli artım olacağını göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, mövcud qaydalara əsasən, əmək pensiyaları il ərzində orta aylıq əmək haqqındakı artım faizi ilə indeksasiya olunur.

“Pensiya kapitalı isə əvvəlki ildə illik infilyasiya səviyyəsinə indeksasiya olunaraq artırılır. Yəni, 2024-cü ilin yanvarında əmək pensiyaları 2023-cü ildə orta aylıq əmək haqqının artım faizinə, pensiya kapitalı isə 2023-cü ildə qeydə alınan rəsmi infilyasiyaya indeksasiya olunaraq artırılacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında nominal orta aylıq əmək haqqı 11.5 faiz artıb. Bu ondan xəbər verir ki, orta aylıq əmək haqqında iki rəqəmli artım var”, - deyə deputat əlavə edib.

V.Bayramov qeyd edib ki, mövcud artım tempi ilin sonuna qədər qorunarsa, o halda əmək pensiyaları 2024-cü ildə ikirəqəmli indeksasiyaya cəlb oluna bilər.

“Hazırda bu rəqəm 11.5 faizdir. İlin sonuna qədər orta aylıq əmək haqqında hər hansı bir ciddi fərq baş verməzsə, bu halda növbəti ilin yanvarında bütün növ əmək pensiyalarının 11 faiz ətrafında artırılması mümkün olacaq. Təbii ki, dəqiq rəqəm 2024-cü ilin əvvəllərində bəlli olacaq. Amma tendensiya onu göstərir ki, gələn il əmək pensiyalarında ikirəqəmli artım olacaq”, - deyə o,vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930