bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qərbi Azərbaycan Xronikası: “15 ailə bir yük maşınında kənddən zorla çıxarıldı” - VİDEO

19-08-2023, 11:15 1 dəfə baxılıb





Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“O torpaqlar bizsiz, doğma sakinləri üçün darıxıb” adlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun Nərimanlı kənd sakini Şirazi İbrahimovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, orta məktəb illərinin, doğulduğu kəndlə bağlı xatirələrini bölüşüb, kəndin Balellər, Hacıalılar, Cümbüllər, Xancığazlılar və Qarabulaq məhəllələri, Nərimanlı yaylağı, Çalmalı dağı və Qumli bulağın gözəlliyindən söz açıb: “O yerlər həmin insanları ilə gözəl idi. İnsanları o yerlərə gözəllik verirdi. 35 ildən artıqdır ki, biz o torpaqları tərk etmişik, deportasdiyaya uğramışıq, soyqırımına uğramışıq”.

Ş.İbrahimov 1980-ci illərin əvvəllərində Basarkeçər Rayon Partiya Komitəsinə rəhbərlik edən Nurcanyan adlı daşnak erməninin şovinist, millətçi çıxışlarını, Heydər Əliyevin Moskvada SSRİ Nazirlər Soveti sədrinn Birinci müavini işlədiyi zaman Göyçədə yaşayan azərbaycanlılara göstərdiyi diqqəti və dəstəyini xatırladıb, Basarkeçər rayonunda 36 kəndində azərbaycanlıların yaşadığını bildirib.

Onun sözlərinə görə, valideynləri 1988-ci ilin qarlı, boranlı soyuqlu dekabr ayında Göyçə mahalını tərk etmək məcburiyyətində qalıb, yol boyu erməni quldur dəstələri tərəfindən maşınlarının qabağı kəsilib: “Onlar insanlara hədə-qorxu gəlir, təhqir edir, bəzən ağır, ölümcül döyülən insanlar da olmuşdu. Ailəmiz Şəmkir rayonunun Dağ Cəyir kəndində iki-üç ay yaşadıqdan sonra Xanlar rayonunun Mirzik kəndinə pənah gətirəsi olduq. Bir ildən çox Mirzik kəndində yaşadıq”.

O, sonda yenidən doğma torpaqlara, Qərbi Azərbaycana, Göyçə mahalına qayıdacağına əminliyini söyləyib: “İnanıram ki, çox uzun zaman çəkməyəcək, o günləri biz yaşayacağıq. Yenidən o torpaqlara qayıdacağıq. Çünki o torpaqlar bizim torpaqlardı, doğma torpaqlardı. O torpaqlar bizim üçün darıxıb. Biz o torpaqlar üçün nə qədər darıxmışıqsa, torpaqlarda bizim üçün o qədər darıxıb”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 18-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930