bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paris Bakıya qarşı diplomatik ittifaq yaratmağa çalışır: Bu ölkəyə üz tutdu

21-08-2023, 10:40 1 dəfə baxılıb



Şənbə günü Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Çinin xarici işlər naziri Vanq Yi ilə telefon danışığı olub.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, iki ölkənin xarici işlər nazirləri Azərbaycanla Ermənistan arasında münaqişə və Dağlıq Qarabağdakı vəziyyətlə yanaşı, Ukrayna, Niger kimi məsələlər, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlıqla bağlı digər məsələləri müzakirə edib və məsləhətləşmələr aparıblar.

Fransa xarici işlər naziri Laçın dəhlizi ilə bağlı tələblərini təkrarlayıb.

Bəs Laçın dəhlizi, Qarabağdakı humanitar vəziyyət və Nigerdəki hərbi çevrilişin eyni zamanda nəzərdən keçirilməsi sırf diplomatik aktuallığa görədirmi?

Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının Qarabağda yaranmış vəziyyətlə bağlı Ermənistanın təşəbbüsü ilə çağırılmış iclasında Fransanın BMT-dəki daimi nümayəndəsi Natali Estival-Brodhörst Laçın dəhlizi ilə hər iki istiqamətdə nəqliyyatın qeyd-şərtsiz bərpasına çağırmış, Çinin BMT-dəki səfirinin müavini Gen Şuan isə məsələnin diplomatiya və məsləhətləşmə yolu ilə həllini təklif etmişdi.

Nigerdə fransızpərəst hakimiyyətin rusiyapərəst hərbçilər tərəfindən devrilməsindən sonra Afrikada Fransa-Rusiya toqquşması gizlədilməsi mümkün olmayan reallıq kimi ortaya çıxır. 2010-cu illərin əvvəllərindən bəri Fransanın Afrikada Türkiyə ilə toqquşması da sirr deyil. Hələ o zamankı keçmiş xarici işlər naziri Əhməd Davudoğlunun "harada fransız bayrağı görsəniz, gedib orda türk bayrağı taxın" kimi iddialı çağırışı elə o illərdə müəyyən diplomatik anlaşılmazlıq da yaratmışdı.

Bu yaxınlarda isə Sahel və Sudan (Qərbi və Mərkəzi Afrika) regionlarında yerləşən bəzi ölkələrin fransız silahı əvəzinə türk silahına, o cümlədən cəbbəxanaya yeni alınmış "Hürkuş"a üstünlük verməsi Fransada ciddi narahatlıqla izlənməkdədir.

Afrikada Çinin nüfuzunun get-gedə artması, ilk hərbi bazalarının peyda olması, bütöv ölkələrin Çin kapitalının təsiri altına düşməsi də keçmiş müstəmləkəçilərdə, o cümlədən Fransada məmnunluq yaratmayıb. Amma Türkiyə və Rusiyanın artan fəallıqları qarşısında maraqları uzlaşdırma zərurəti hiss oluna bilər.

İş ondadır ki, Azərbaycanın Qoşulmama Hərəkatı vasitəsilə keçmiş Fransa müstəmləkələrinə etdiyi çağırışlar da Fransa tərəfindən sadəcə onları ermənipərəst mövqedən daşındırmaq üçün diplomatik təzyiq deyil, Türkiyə və ya Rusiya cəbhəsində yer almaq kimi qiymətləndirilir.

Görünür, Təhlükəsizlik Şurandakı iclasın yekunlarından narazı qalan Fransa indi Azərbaycana qarşı diplomatik cəbhə formalaşdırmağa çalışır. Bunun qarşılığında təklif ediləcək uzlaşma nöqtəsi də var - Afrikadakı maraqları birgə qorumaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930