bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paşinyan etibarlı məlumatı yaydı: Azərbaycanın bu unikal addımı erməniləri şoka salıb

24-08-2023, 12:44 1 dəfə baxılıb



Ermənistanın baş naziri Nikol Paşinyan Laçın dəhlizinin birtərəfli qaydada açılması barədə etibarlı məlumat aldığını bəyan edib.

Publika.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında deyib. O bildirib ki, Qarabağı tərk etməyə icazə verilir, amma Azərbaycan ərazisinə daxil olmaq qadağandır.

Paşinyan iddia edib ki, hazırda Ermənistanda 5 min insan Qarabağa qayıtmaq istəyir, amma buna icazə verilmir.

Paşinyanın bu açıqlamasından hiss olunur ki, Azərbaycan hakimiyyətinin unikal addımı erməniləri çaşqın vəziyyətə salıb.

Azərbaycan yolu birtərəfli açmaqla vaxtilə Ermənistan tərəfdən Qarabağda qeyri-qanuni məskunlaşdırılan şəxslərin çıxışına şərait yaradır. Əslində Xankəndidə Azərbaycanla reinteqrasiyanın əleyhinə olan separatçılar da məhz həmin şəxslərdən yararlanırlar. O şəxslərə bildirilir ki, Xankəndini tərk etsələr, Ermənistanda onlara heç kim dəstək göstərməyəcək, evsiz-eşiksiz qalacaqlar.

Ancaq bu şəxslər artıq reallığı anlamağa başlayıblar, ona görə də Qarabağı kütləvi şəkildə tərk edirlər. Bu da separatçıları və Ermənistan hakimiyyətini qorxuya salır. Uydurma “120 min” rəqəmi sürətlə əriyir.

Əldə olunan məlumata görə, Qarabağı tərk edən ermənilərə İrəvanda hədə-qorxu gəlirlər, onları geri qayıtmağa məcbur edirlər. Amma bu hədə-qorxu işə yaramır. Birincisi, onların geri qayıtması artıq mümkün deyil, çünki Azərbaycan vətəndaşı deyillər. İkincisi, Xankəndidə qalan qeyri-qanuni məskunlaşmış ermənilər də Azərbaycanı tərk edirlər. Orada qalacaq ermənilər, vaxtilə Azərbaycanda yaşamış şəxslər isə Bakının tələbini yerinə yetirəcək, vətəndaşlığı qəbul edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930