Xankəndidə qarşıdurma, Araikin “ofisi” atəşə tutuldu: Azərbaycan Ordusu hərəkətə keçir
Xankəndidə separatçılar arasında qarşıdurma günü-gündən gərginləşir.
Publika.az xəbər verir ki, bu gün, avqustun 28-də baş separatçı Araik Artyunyanın “iqamətgahı” atəşə tutulub.
Bu barədə erməni Telegram kanalları məlumat yayıb.
Bildirilir ki, bir qrup şəxs Araikin yanına gələrək onunla sərt söhbət ediblər. Daha sonra onlar çölə çıxaraq binanı atəşə tutublar.
Bu hadisə onu göstərir ki, separatçılar arasında qarşıdurma silahlı münaqişə həddinə çatıb. Böyük ehtimalla, yaxın günlərdə separatçılar bir-birlərinə silah çəkəcəklər. Sadə ermənilərin bu qarşıdurmadan əziyyət çəkməməsi üçün Azərbaycan Ordusunun Xankəndiyə girməsinə ehtiyac yaranacaq.