bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Laçın” SBM-də daha bir erməni təxribatının qarşısı alındı

28-08-2023, 14:20 1 dəfə baxılıb




Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst şəkildə keçid etmək istəyən erməniəsilli şəxsə məxsus, üzərində qondarma qurumun “gerbi” təsvir olunan nərd taxtası müsadirə edilib.

Bu barədə “Report”un ərazidə müşahidə aparan əməkdaşı məlumat verib.

Belə ki, keçid zamanı erməniəsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.

Baxış zamanı erməniəsilli şəxsə məxsus nərd taxtasında qondarma qurumun “gerbi”nin təsvir olunduğu aşkarlanıb. Daha sonra həmin nərd taxtası müvafiq qurumların əməkdaşları tərəfindən müsadirə edilib.

Xatırladaq ki, bu, “Laçın” SBM-də erməniəsilli şəxslərin ilk təxribat cəhdi deyil. Bundan öncə avqustun 22-də erməniəsilli qadınlardan biri üzərində qondarma rejimin “bayrağı” əks olunmuş çanta ilə sərhəd-buraxılış məntəqəsinə daxil olub. Sərhədçilərimiz həmin şəxsin bu təxribatçı hərəkətinə irad bildiriblər. Avqustun 25-də isə ermənilərin təcili yardım maşınının üzərinə vurduqları qondarma rejimi təbliğ edən banner sökülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930