TASFO rəhbəri: “Ermənilər türk torpaqlarını “Arsax”, “Qərbi Ermənistan” kimi təqdim etməyi dayandırmalıdırlar”
“Ermənilər türk torpaqlarını “Arsax”, “Qərbi Ermənistan” kimi təqdim etməyi dayandırmalıdır”.
Bunu Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) rəhbəri Fatih Özonur “Facebook” hesabında yazıb.
O vurğulayıb ki, həmin ərazilər rəsmi olaraq Türkiyə və Azərbaycan dövlətlərinə məxsusdur: “TASFO olaraq ermənilərdən türk torpaqlarını başqalarına “Arsax”, “Qərbi Ermənistan” kimi təqdim etməyi dayandırmalarını tələb edirik.
“Hay”, sənin problemin nədir? Uşaq kimi davranmağı dayandırın. Hər şeydən əvvəl biz Azərbaycanın bu ciddi məsələdə göstərdiyi böyük səyə görə təşəkkür edirik. Əla nəticədir! Hətta xəritələrimizdə də torpaq oğrularına güzəşt yoxdur”.