bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Çavuşoğlu: “Türkün yolu Zəngəzurdan və Qarabağdan keçir”

12-05-2023, 10:53 0 dəfə baxılıb


Türkün yolu Türk Dövlətləri Təşkilatından, Orta Dəhlizdən, Zəngəzurdan və Qarabağdan keçir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluna xitabən Türkiyənin Azərbaycandan yan keçə bilməyəcəyini deyib.

“Azərbaycandan nə istəyirsiniz? Azərbaycan Qarabağı geri alanda hər cür dəstəyi verdik. Siz, təəssüf ki, Türkiyə Azərbaycanı dəstəklədi dediniz.

Azərbaycan niyə hərb meydanına endi? Öz torpaqlarını geri almaq üçün. Azərbaycan Ermənistanın torpaqlarına hücum etməyib ki?”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Kamal Kılıçdaroğluna xitabən deyib.

Çavuşoğlu qeyd edib ki, bu gün türk dünyası güclüdür:

“Öz milli müdafiə sistemlərimiz var. Düşmənə möhtac deyilik. Azərbaycandan nə istəyirsiniz? Bu gün Türkiyə böyük türk dünyasını birləşdirir. Bu gün Türkiyə Türk Dövlətləri Təşkilatının arzusunu, yəni türk dünyasının birləşmək arzusunu həyata keçirən bir ölkədir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031