bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Araik rusları satdı: Bakı Xankəndiyə girir, Moskva... - Qarabağda situasiya dəyişdi

31-08-2023, 10:10 0 dəfə baxılıb






Bakının erməni əhalisinə yardımın Ağdam-Xankəndi yolu ilə daşınması istiqamətində praktiki addım atması Qarabağdakı vəziyyəti də dəyişdirdi: separatçılar yardımın Ağdam yolundan qəbul edilməsini təklif edən Rusiyadan imtina edərək, Fransaya sığınır;

Azərbaycanın yardım TIR-ları Xankəndiyə daxil olmaq üçün Ağdam yolunda gözləyir. Rusiya sülhməramlıları bu yüklərin qəbul edilməsi istiqamətində danışıqlar aparır, hətta yardımın onların avtomobillərinə yüklənərək, çatdırılması məsələsi gündəmdədir. Separatçılar isə bundan qəti şəkildə imtina edirlər. Əvəzində sərhədimizə qədər gələn Fransanın bayrağını Xankəndidə qaldıraraq, yeni “hamiləri”ni nümayiş etdirirlər.

Bu situasiya Rusiyanın Qarabağ üzərindən bölgədə həyata keçirdiyi siyasətinə ziddir: Moskva Laçın yolunun yüklər üçün açılmasına nail olmaq və Fransanın timsalında kənar oyunçuların bölgəyə girişini əngəlləmək üçün Ağdam-Xankəndi marşrutunun işləməsini dəstəkləyir; rəsmi Bakı isə Xankəndiyə praktiki olaraq daxil ola bilmək üçün Laçın və Ağdam yolunun paralel şəkildə açılmasından yanadır;

Bakı və Moskvanın Qarabağla bağlı fikir ayrılığı olsa da, Fransanın bölgəyə müdaxiləsi məsələsində maraqları uzlaşır. Bu baxımdan, Ağdam marşrutunun açılması təkcə Bakı üçün yox, Moskva üçün də lazımlı görünür. Lakin Fransanın bayrağı altına keçən separatçıların müqaviməti problem yaradacaq. Araik Arutyunyan dünən Azərbaycan sərhədinə qədər gələn Parisin meri ilə onlayn konfransda bəyan etdi ki, “təslim olmayacaqlar, sona qədər döyüşəcəklər”.

Bu, Qarabağda situasiyanı dəyişdirir:

- Azərbaycanın Xankəndiyə girişi və erməni əhalisinin reinteqrasiyası planlarını pozur;
- Fransanın bölgəyə müdaxiləsinin yolunu açır;
- Və Rusiyanın planlarına uyğun gəlmir;

Belə vəziyyətdə hadisələrin mümkün inkişafının necə ola biləcəyi maraqlıdır:

- Bakı mövqeyini dəyişdirmir: Ağdam yolu açılmadan Laçın yolundan yüklər buraxılmayacaq və istisna deyil ki, müəyyən müddətdən sonra erməni əhalisi üçün Ağdam yolunda humanitar yardım mərkəzləri də yaradılsın;
- Rusiya Laçın yolunun açılması üçün yüklərin Ağdam yolundan qəbul edilməsi ilə bağlı məsələnin üzərində dayanacaq;
- Fransa sərhədimizdəki “yardım şousu”na beynəlxalq dəstəyi artırmağa, digər ölkələri də cəlb etməyə çalışacaq, o cümlədən, Ermənistan və separatçılara beynəlxalq müstəvidə dəstəyi artırmaqla bölgədəki proseslərə müdaxiləsini artıracaq;

Prosesin uzunmüddətli davam etməsi nə Bakıya, nə də Moskvaya sərf edir. Bu baxımdan, separatçılara qarşı hərbi müstəvidə addımların atılması aktuallaşa bilər. Bakı separatçıların hərbi mövqelərini zərərsizləşdirəndə, Moskva Fransa bayrağına sığınanları “unuda” bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930