bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ukraynanın yeni müdafiə naziri: “Biz ölkəmizin hər santimetrini azad edəcəyik”

7-09-2023, 10:43 3 dəfə baxılıb



Ukrayna Müdafiə Nazirliyinin yeni rəhbəri Rustem Umerov işğal olunmuş əraziləri geri qaytaracağına söz verib.

“Ukraynanın qələbəsi üçün mümkün və qeyri-mümkün olan hər şeyi edəcəyəm. Biz ölkəmizin hər santimetrini azad edəcəyik. Müvəqqəti əsirlikdə olanları da mütləq geri qaytaracağıq. Biz Ukrayna şəhərlərinə normal və ləyaqətli həyatı qaytaracağıq...”, - hərbi qurumun yeni rəhbəri sosial şəbəkə səhifəsində yazıb.

Qeyd edək ki, Ukraynanın ərəb və müsəlman ölkələri ilə qarşılıqlı əlaqələri üzrə Prezidentin Məşvərət Şurasının səlahiyyətlisi olan Umerov Krım tatar xalqının lideri Mustafa Cemilevin müşaviridir. Etnik Krım tatarı olan yeni nazir 2022-ci ilin fevral ayından Ukrayna və Rusiya Federasiyası arasında danışıqlar qrupunun üzvüdür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930