bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ərdən arvadına qarşı BİABIRÇI HƏRƏKƏT: 5 kişiyə satdı, sonra...

15-05-2019, 21:30 176 dəfə baxılıb

Ərdən arvadına qarşı BİABIRÇI HƏRƏKƏT: 5 kişiyə satdı, sonra...



Türkiyənin Antalya şəhərində yaşayan bir qadın həyat yoldaşı tərəfindən satılıb.

Beş.az publika.az-a istinadən xəbər verir ki, son iki il ərzində qadın bir neçə dəfə satılıb.

Bu dəhşətli hadisə qadının şikayətçi olmasından sonra açıqlanıb.

Belə ki, iki uşaq anası M.G. adlı qadını iki il əvvəl əri İ.Ö. adlı birinə satıb. Bir müddət sonra uşaqlarına baxa bilmədiyini deyən qadının əlindən alınan uşaqlar dövlət müəssisəsinə yerləşdirilib. Daha sonra İ.Ö. onu pul qarşılığında Ö.D. adlı birinə satıb. Ö.D. qadını H.S.-yə, H.S. isə K.Y.-yə satıb. M.G.-nın birlikdə yaşadığı K.Y.-dən bir övladı dünyaya gəlib.

Qadın 2017-ci ildən pul qarşılığında bir neçə dəfə satılması iddiası ilə məhkəməyə müraciət edib. Bundan sonra polis adıçəkilən 4 nəfəri də saxlayıb. Həmin şəxslər isə qadının əqli qüsurlu olduğunu deyib. Lakin həkim müayinəsindən sonra onun tam sağlam olduğu müəyyən edilib.

Məhkəmə insan alveri ilə məşğul olduqlarına görə həmin şəxslərdən 3-ü barəsində həbs qərarı verib. H.S. isə sərbəst buraxılıb. M.G. 6 aylıq övladı ilə birlikdə dövlət himayəsinə verilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031