Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirli bilinən Nemət Alcanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
"Beş.az" xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 17-nə təyin olunub.
Qeyd edək ki, ötən il noyabrın 29-da səhər saat 5 radələrində Ağcabədi rayon sakini Nüsrət Aslanov Nəsimi rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dostunu bıçaqlamaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş N.Alcanov saxlanılıb.
Onun barəsində Cinayət Məəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.