bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

130 kriminal avtoriteti "sındırmış" general öldü

29-08-2019, 14:43 166 dəfə baxılıb

130 kriminal avtoriteti "sındırmış" general öldü
Rusiyanın Ulyanovsk vilayətində Cəzaların İcrası Federal Xidmətinin general-mayoru Vasili Snıserev ölüb.

Bu barədə idarənin Ulyanovsk üzrə bölməsinin saytında məlumat yayılıb.

Avqustun 25-də vəfat edən 90 yaşlı generalın ölüm səbəbi açıqlanmır.

Vasili Snıserev, ilk növbədə, "qanuni oğru"ların "sındırılması" ilə məşğul olan "Ağ qu quşu" koloniyasını yaradanlardan biri kimi tanınır. Onun 10 illik xidmət müddətində koloniyada beş mindən çox məhbus, o cümlədən, 130 "qanuni oğru" saxlanılıb.

Vasili Snıserev "Qırmızı Əmək Bayrağı" ordeni, səkkiz medal və "Daxili İşlər Nazirliyinin əməkdar işçisi" nişanı ilə təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30