bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi xadimə Mübariz Mənsimovun əmisi qızıdır

25-01-2025, 14:00 1 dəfə baxılıb

 Ötən il iyulun 23-də Xalq artisti Ağadadaş Ağayevin "MedEra Hospital"ın mühafizəçisi ilə əlbəyaxa dava zamanı atdığı baltadan xəsarət alan, klinikada xadimə işləyən Nəzakət Paşayeva məşhur iş adamının qohumudur.

Bizimlider-in əldə etdiyi məlumata görə, o, "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun doğma əmisi qızıdır.

Xatırladaq ki, Ağadadaş Ağayevin "MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovla dava zamanı balta atması nəticəsində klinikada xadimə işləyən Nəzakət Paşayeva ayağından xəsarət almışdı.

Qeyd edək ki, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Türkiyədə ermənilərlə iş birliyi qurub. O, 2020-ci ilin martında Türkiyədə FETÖ ilə bağlı başlanan cinayət işinin istintaqı ilə əlaqədar 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031