bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Biləsuvarda qan davasının TƏFƏRRÜATI 21 126

26-01-2025, 22:30 1 dəfə baxılıb

 Biləsuvarda gənc oğlan mikroavtobusda bıçaqlanıb.

Bizimlider Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Aranlı kəndində qeyə alınıb.

Çinarlı kənd sakini 24 yaşlı Orxan Abdullazadə 19 yaşlı Vadər Həmidlini bıçaqlamaqda şübhəli bilinir. Zərərçəkən Vadərin anasının iddiasına görə, hadisə qisas zəminində törədilib.

Bıçaq xəsarəti alan yaralı Biləsuvar rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Orxanla Vadər yaxın qohumdurlar. Vadər Həmidlinin atası Cavid Həmidov bir müddət öncə bacısının həyat yoldaşı Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031