Xocalı qurbanlarının qanı yerdə qalmadı
Tariximizin ən dəhşətli səhifəsi olan, 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfər azərbaycanlının amansızlıqla qətlə yetirildiyi Xocalı soyqırımından 33 il ötür.
Azərbaycan dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış aqressiv və təcavüzkar erməni siyasəti nəticəsində törədilən Xocalı genosidi XX əsrin faciəsi kimi tarixin səhifələrinə yazılıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, 150 nəfər itkin düşmüş, 487 sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Bütün bunlar, erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.
Xocalı qurbanlarının qanı yerdə qalmadı, Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Azərbaycan tarixi ədaləti öz gücünə bərpa etdi. Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə Vətən müharibəsinə qalxdı, rəşadətli Azərbaycan Ordusu döyüşə səfərəbər oldu və şanlı qələbə ilə əzəli torpaqlarımızı işğaldan azad etdi.
Azərbaycan xalqı Xocalı faciəsini heç bir zaman unutmayacaq və Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.
Məhəmməd Əsədov Nadir oğlu