bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda mağazalardan ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb

15-02-2025, 11:30 0 dəfə baxılıb

 Binəqədi rayonu ərazisindəki mağazalarda quraşdırılan və içərisində 5 400 manat maddi vəsait olan iki ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Bizimlider xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728