bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Anası ilə mübahisə edən Sadiq intihar edib? - Mərdəkanda baş verən avtoqəzanın yeni DETALLARI

18-02-2025, 09:30 1 dəfə baxılıb

 Fevralın 16-sı axşam saatlarında Mərdəkan-Buzovna yolunun Qala qəsəbəsindən keçən ərazisində avtoqəza nəticəsində həlak olan sürücü ilə bağlı bəzi detallar məlum olub.

Bizimlider-in əldə etdiyi məlumata görə, sürücü Sadiq Nurlan oğlu Mikayılov əslən Zərdab rayonundandır.

18 yaşı olan Sadiq Mikayılovun atası onu hələ uşaq olanda tərk edib. Bundan sonda anası oğlunu da götürüb özü ilə bərabər Bakıya gəlib. Qəzadan öncə Sadiq Mikayılov anası ilə rayona qayıtmaq üstündə mübahisə edib.

O Zərdaba qayıtmaq istəsə də, anası maddi çətinliklərdən dolayı qayıtmaq istəməyib. Bundan sonra S.Mikayılov intihar edəcəyini söyləyib.

Onun bilərəkdən qəza etdiyi söylənir.

Bizimlider-in məlumatına görə, 77-FS-511 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü Sadiq Nurlan oğlu Mikayılov yüksək sürət həvəskarı imiş.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728