bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - YENİLƏNİB

Dün, 13:30 0 dəfə baxılıb

Samuxda oğulun atasınına balta ilə xəsarət yetirməsi ilə bağlı rayon Polis Şöbəsində araşdırma başlanıb.

Bu barədə Bizimlider-ə  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eqşin Qasımov bildirib.

Qeyd olunub ki, müvafiq ekspertiza təyin edilib, ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

Xəsarət alan Asif Zeynov bildirib ki, oğlu onu gecə yatan zaman baltalayıb. Oğlunun psixiatriya xəstəxanasında qeydiyyatda olduğunu bildirən ata onun 5 aydır xəstəxanadan buraxıldığını deyib: “Gecə saat birdə başıma zərbə dəydi. Gördüm ki, oğlumdur vuran. Özüm də bilmirəm nəyə görə vurdu məni. İndiyə kimi nə istəyibsə, eləmişəm. Həmişə pul istəyirdi, verirdim. Bu dəfə pul istəmədi”.

Gəncə Regional Psixatriya Xəstəxanasından Bizimlider-ə  bildirilib ki, 1978-ci il təvəllüdlü Şahnur Zeynalov 2020-ci ildən xəstəxanada qeydiyyatdadır. O, fevralın 21-də gecə saatlarında yenidən Psixatriya Xəstəxanasına yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728