Bakıda tanışını döyərək öldürən keçmiş məhkumla bağlı qərar çıxarıldı
Bakı Apellasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bahadur Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Oxu.Az xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, B.Cəfərovun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 11-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş B.Cəfərov evində münaqişə zəminində paytaxt sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.