bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda spirt kabusu davam edir: Ölənlərin sayı 24-ə çatdı

28-02-2025, 23:00 0 dəfə baxılıb

 Bir müddət əvvəl Bakının Sabunçu rayonu ərazisində Emil Qasımov və həyat yoldaşı S.İsmətovanın meyitləri tapılıb.

Bizimlider Lent.az-a istinadla xəbər verir ki, Emil Qasımovun metil spirtindən zəhərlənərək öldüyü qısa müddətdə üzə çıxsa da, qadının hansı səbəbdən ölməsi məlum olmayıb.

Əldə edilən məlumata görə, araşdırma nəticəsində S.İsmətovanın da texniki spirtdən öldüyü üzə çıxıb.

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.

Bizimlider Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

47 yaşlı Dmitri Viktoroviç Qaraminin meyiti küçədə tapılıb. Onun metil spirti qəbul etdiyi üçün zəhərlənərək öldüyü bildirilir.

Qeyd edək ki, bununla da Bakı şəhərində spirtdən zəhərlənərək ölənlərin sayı 22-yə çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031